شکی ده مؤحتشم آمفی تاترین تیکیلمه سی - قوزئی آزئربایجان

قوزئی آزئربایجان شکی شهرینین داغلی یئرلرینده بیر 30 هئکتارلیق یئرده مؤحتشم بیر آمفی تیاتر تیکیله جک. بو آمفی تیاترین اطرافیندا بیر 7قاتلی هوتئل، رئستوران، تیجاری و ائلنجه مرکزلری و... تیکیله جک.

Şəkidə möhtəşəm layihə – Foto

Kompleksdə amfiteatr tikiləcək.

Şəkidə “Marxal” adlı nəhəng turizm kompleksinin tikintisi həyata keçirilir.

Oxu.Az Milli.Az-a istinadən xəbər verir ki, bu barədə Bakı Dövlət Layihə İnstitutundan məlumat veriblər.

Məlumata əsasən, kompleksin sahəsi 30 hektardır. Dağlıq ərazidə, meşəlikdə tikilir. Layihənin müəllifləri maksimal dərəcədə ətraf mühitin qorunmasına səy göstəriblər.

Kompleksdə 7-mərtəbəli otel, restoran, SPA mərkəzi, iki ticarət və əyləncə mərkəzi, kafe, açıq havada teatr və 16 ədəd 3-4 otaqlı koteclər tikilir.